“Aqroparkyalama” MMC “Agro Food Investments” MMC-nin bir hissəsidir.

 

 logo2 2

 Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür.

İlham Əliyev

Dövlət dəstəyi

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli 254s nömrəli Sərəncamına əsasən Xaçmaz rayonunun Yalama kəndi ərazisində 523 hektar torpaq sahəsində özəl pilot heyvandarlıq təsərrüfatı yaradılmışdır. Bu məqsədlə 523 hektar torpaq sahəsi “Yalama Aqropark” MMC-yə 49 il müddətinə icarəyə verilmişdir.
- Dövlət tərəfindən təsərrüfatın suya olan təlabatını ödəməklə yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaq su ötürmə qabiliyyəti 0.5 m3/san olan 3.2 km uzunluğunda beton suvarma kanalı çəkilmiş, tutumu 50 min m3 olan beton su hovuzu, Xanarx kanalı üzərində 1 ədəd şlüz və 4 ədəd artezian tikilmişdir;
- “Aqrolizinq” ASC vasitəsi ilə Avstriyadan “Simmental” cinsindən olan 485 baş boğaz düyələr təsərrüfata gətirilmişdir;
- Aqrolizinq” ASC vasitəsi ilə 16 adda 22 ədəd texnika və aqreqatlar alınmışdır.
Dövlət tərəfindən təsərrüfatda aparılmış əkin üzrə güzəştli şərtlərlə gübrə və istifadə olunmuş yanacağa görə subsidiya ödənilmişdir;
{gallery}destek{/gallery}