“Aqroparkyalama” MMC “Agro Food Investments” MMC-nin bir hissəsidir.

 

 logo2 2

 Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür.

İlham Əliyev

Haqqımızda

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarından istifadə olunur. İki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihəyə 40 milyon manatadək investisiya qoyulması gözlənilir. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tədbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılmış, 1000 başlıq müasir heyvandarlıq kompleksinin və gücü saatda 5 ton olan yem zavodunun tikintisi yekunlaşmaq üzrədir, ikinci mərhələ üzrə isə 10 ha sahədə müasir istixana (şüşə örtüklü) kompleksinin, gündəlik emal gücü 50 ton olan süd zavodunun və 60 ha meyvə bağının salınması nəzərdə tutulur. Təsərrüfatın fasiləsiz su təminatı üçün 3.2 km uzunluğunda beton suvarma kanalı çəkilmiş, tutumu 50 min m3 olan beton su hovuzu tikilmiş, əraziyə 5 km məsafədən qaz xətti çəkilmiş, 4.9 km məsafədən elekrtrik xəttinin çəkilməsi həyata keçirilir. “Aqrolizinq” ASC vasitəsilə 16 adda 22 ədəd texnika və aqreqatlar alınmış, birinci və ikinci mərhələ üzrə Avstriyadan “Simmental” cinsindən olan 485 baş boğaz düyələrin təsərrüfata gətirilməsi təmin edilmişdir.
Hazırda 500 başlıq ikinci ferma binasının, ot deposunun, silos anbarlarının, avtoparkın tikintisi yekunlaşmış, heyvandarlıq kompleksinin digər fermalarının, yem zavodunun, yataqxana və ofis binasının tikintisi yekunlaşmaq üzrədir. Layihənin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaqdır.
Aqroparkların yaradılması ölkədə aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac potensialı və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaqdır.